İngiltərə Premyer Liqasının (İPL) 9-cu turu çərçivəsində dünən keçirilən matçda "Liverpul"la heç-heçə edən (2:2) "Arsenal"ın vingeri Bukayo Saka oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, BBC matçın 9-cu dəqiqəsində komandasının ilk qolunu vuran futbolçunun sözlərini belə çatdırıb:
"Üzgünəm. Hiss edirik ki, 90 dəqiqə istədiyimiz kimi oynamadıq. İlk yarıda öz keyfiyyətlərimizi göstərdik, onların nəsə etmələrinə izn vermədik. Amma "Liverpul" standart vəziyyətdən qol vurdu. Fasiləyədək onların başqa qol şanslarını yada sala bilmirəm.
İkinci hissədə isə o qədər də yüksək səviyyədə mübarizə aparmadıq. Fasilədən sonra onlar adətən birəbir mübarizələrdən qalib çıxır, topa daha çox nəzarət edirdilər. Üstünlük rəqibin tərəfinə keçdiyi üçün müdafiəyə diqqət ayırmaq məcburiyyətində qaldıq. Belədə, "Liverpul"un ikinci yarıda daha çox qol imkanı yaratması başadüşüləndir".
Nihat