"Üç oyuna üç qələbə qazanmaq hamımız üçün sevindirici haldır. Düzü, komanda bir qədər gec yığıldığı üçün bizim üçün çətin olacağını bilirdik. Amma şükürlər olsun ki, ələ-ələ verib hər üç matçda qələbə qazandıq". Bu sözləri Fanat.Az -a açıqlamasında 1-ci Liqa təmsilçisi "Gəncəbasar"ın müdafiəçisi Süleyman Əhmədov deyib. Ötən mövsüm "Karvan-Yevlax"ın heyətində Premyer Liqada mübarizə aparan, sonradan ağır zədə alaraq uzun müddət yaşıl meydanlardan kənarda qalan arxa xətt oyunçusu mövsümün qalan hissəsi ilə bağlı gözləntilərini də dilə gətirib: "Hədəfimiz uğurlu performans sərgiləməkdir. Fasilə dönəmi çatışmazlıqları aradan qaldırmaq üçün yaxşı fürsətdir. İlk üç oyundakı qələbələr həm mənə, həm də komanda yoldaşlarıma özünəinam bəxş edib. Qələbələri sıralamaq və yüksək pillələrdə olmaq istəyirik". Qeyd edək ki, hazırda 9 xalı olan "Gəncəbasar" mübarizə apardığı çempionatın turnir cədvəlində 2 liderdən biridir. Nihat
"İlk üç oyundakı qələbələr həm mənə, həm də komanda yoldaşlarıma özünəinam bəxş edib" - Süleyman Əhmədov
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə