“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Böyük oyun”u şərh edib. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 4:1 hesabıyla qələbə qazandıqları görüşdən sonra düzənlənən mətbuat konfransında bunları deyib:
“Komandam bu gün yaxşı oynadı. Meydanda səhvlərimiz oldu, qol buraxdığımız üçün təəssüflənirəm. İlk qələbəmi “Xəzər Lənkəran” üzərində qazandığım üçün şadam. Premyer Liqa uzun marafon kimidi, çalışacağıq ki, qarşıdakı oyunlarda da xallar toplayaq və finişdə yaxşı nəticə göstərək. “Xəzər Lənkəran” çempionatımızın yaxşı komandalarından biridi, onlarda uşaq yoxdu. Mən öz komandamın futbolçularına cavabdehəm. Cavid İmamverdiyevdən daha yaxşı, daha gözəl oyun gözləyirəm. Ancaq bu gün ondan istədiyimi ala bilmədim. Yerli futbolçularımızın hər biri milli komandaya layiqdi. Bunu meydanda sübut etmək lazımdı”.
Fanat.az