"Hava soyuq olsa da, arenada möhtəşəm bir enerji var idi. Oyuna stadiondan 55 mindən çox azarkeş baxırdısa, ekran başından və internetdən milyonlarla adam izləyirdi". Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
“Roma” ilə oyunundan sonra jurnalistlər önünə çıxan klub rəsmisi Çempionlar Liqasının 2-ci turunda alınan 1:2 hesablı məğlubiyyətdən danışıb: "Çempionlar Liqası nəhənglər meydanıdı.Təəsüf ki, ilk dəqiqələrdə buraxdığımız səhvlər bizə baha başa gəldi. "Roma" səhvlərimizi bağışlamadı. Erkən qollar "Qarabağ"ın oyun nizamını pozmadı. Qol vurandan sonra daha yaxşı oynamağa başladıq. Bu gün meydanda döyüşən, qeyrətli bir komanda gördüm. Klubu güclü edən onun ruhudu. Buranı qürur hissi ilə tərk edirik".
Fanat.Az