"İkimiz də təhlükəli məşqçilərik" - Tərlan Əhmədov

"İkimiz də təhlükəli məşqçilərik" - Tərlan Əhmədov
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi oyundan sonra bunları deyib:
"Hiss edirdim ki, komanda oyuna qədər həyəcanlı idi. 3 xal üçün oynayırdıq, amma məcburi əvəzetmələr işimizi çətinləşdirdi. İkinci hissədə müdafiəyə qapandıq, ilk hissədə istədiyimiz oyunu qura bilirdik. Heç-heçə oyunun ədalətli nəticəsi idi. Futbolçularıma da təşəkkür etdim ki, axıra kimi mübarizə apardılar. "Neftçi" də öz adını qoruyub saxlamaq istəyir, amma futbolda zəif büdcə anlayışı yoxdu, hər kəs öz rəqibinə hörmətlə yanaşmalıdı. Heç kimdən zəif futbol oynamırıq, nə də heç kimdən zəif deyilik.
- UEFA rəsmisi bildirdi ki, "Zirə"nin avrokuboklara getməsi qeyri-mümkündü, "İnter"in gedəcəyi də məlum deyil. AZAL 5 və 6-cı pillələr uğrunda mübarizə apararaq avrokuboklara vəsiqə qazana bilər?
- Bu gün fikirləşmirəm ki, "Zirə" və "İnter" yıxılsın, mən avrokuboklara gedim. Mövsümün əvvəlində ilk 5 turdan sonra 1 xalımız belə yox idi, hətta deyirdilər, qışa qədər AZAL 6 xal toplaya bilməz, indi 33 xalımız var. Bəli, indi avrokuboklara şansımız var. Bunun üçün çalışıram. Avrokubokları komandam üçün məqsəd qoymuşam, Premyer Liqada qalmaq hədəfini yerinə yetirmişik. Bu gün büdcələri 3-4 milyon olan komandalara qarşı layiqli oyun göstərə biləriksə, deməli nəsə etmişik. Bu, futbolçularımın əməyidi.
- Vəli Qasımov futbolçu kimi təhlükəli rəqibdi, yoxsa baş məşqçi kimi?
- Vəli Qasımov böyük bir futbolçudu, vaxtı ilə 19 yaşlılardan ibarət milli komandada bir yerdə işləmişik. Əgər bu gün heç-heçə qalmışıqsa, deməli ikimiz də təhlükəli məşqçilərik.
- Komanda bu gün istənilən oyunu göstərə bilmədi..
- Ən zəif oyunlarmızdan birini oynadıq. "Neftçi" ilə aramızda 1 xal fərqi var idi, o da komandada həyəcan yaradırdı. 
- Həm Əsgər Abdullayevli, həm Samir Əliyevli, bu gün də Vəli Qasımovlu "Neftçi"yə qarşı mübarizə apardınız. Hansının komandası ilə oynamaq daha çətin idi?
- Gəlin müqayisə aparmayaq, hər üçü mənim üçün əziz insanlardı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər