Arda Turanın İsveçlə oyunda Zlatan İbrahimoviçin formasını alaraq Burcu Esmersoya verməsi barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, aparıcı isveçli futbolçu ilə bağlı maraqlı açıqlamalar verib.
Esmersoy İbrahimoviçin çılğın fanatı olduğunu bildirib: "İlk dəfə futbolçu forması geyindim. Tərli olmasına belə baxmadım. Çünki onun fanatıyam. İbrahimoviçlə bağlı xəbərləri televiziyada oxuyanda belə qızarıram. Bu səbəbdən İsveçlə oynayacağımız bəlli olan kimi Ardaya zəng edib, forma istədim".
Burcu Zlatanla münasibətdə olmaq istəmədiyini deyib: "İbrahimoviç evli və övladı olan insandı. Həmçinin azarkeşi olduğum insanla birlikdə olmaq istəmirəm".
Son günlər Burcu və Ardanın görüşməyə başlaması ilə bağlı xəbərlər yayılıb. Lakin aparıcı bu informasiyaları təkzib edib: "Ardanı çox sevirəm. Amma aramızda başqa bir şey yoxdu".
Fanat.az