"İbrahim Şehiç Türkiyə klubuna getmədi"

"İbrahim Şehiç Türkiyə klubuna getmədi"

“Təəssüf ki, "Qarabağ"da karyeram istədiyim kimi alınmadı". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan serbiyalı qapıçı Boyan Şaranov deyib.

Serbiyada dərc olunan “Sportski jurnal” nəşrinə müsahibə verən qolkiper "Qarabağ"ı tərk etməsinin səbəbini açıqlayıb: "Mən ötən il komandaya gələndə Bosniya və Hersoqovina millisinin qapıçısı (İbrahim Şehiç nəzərdə tutulur - red.) “Qarabağ”ı tərk etməliydi. Amma o, komandada qaldı və köhnə xidmətlərinə görə əsas heyətdə yer aldı. Ehtiyatda qaldığıma görə utanmırdım. Bu yaxınlarda Şehiç yenə Türkiyə çempionatına getməliydi, amma qaldı. Ona görə də mən müqaviləm başa çatan kimi Belqrada qayıtmağı qərar verdim”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər