"Hücumda heç nə edə bilmədik" - Tibo Kurtua

"Hücumda heç nə edə bilmədik" - Tibo Kurtua

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Liverpul"a 0:2 hesabı ilə uduzan "Real Madrid"in qapıçısı Tibo Kurtua oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, RTBF belçikalı qolkiperin sözlərini belə çatdırıb:

"Hazırda "Liverpul" Avropanın ən güclü komandalarından biridir. İlk yarıda çox yaxşı müdafiə olunduq, amma hücumda heç nə etmədik. Hesabı penaltidən bərabərləşdirə bilərdik. Təəssüf ki, alınmadı. Buraxdığımız ikinci qoldan sonra isə oyuna qayıtmaq çətin idi".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü, "Liverpul" isə 15 xalla 1-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər