"Hesab bir qədər qəribə oldu" - Tomas Müller

"Hesab bir qədər qəribə oldu" - Tomas Müller

Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda səfərdə "Barselona"ya 1:4 hesabı ilə uduzan "Bayern Münhen"in hücumçusu Tomas Müller oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçunun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Əlbəttə, xoş olmayan hisslərdir. Qələbə qazanmağı hədəfləsək də, 1:4 hesabı ilə uduzduq. Ola bilsin ki, matçın sonlarında bizdə özünəinam çatışmadı. İstədiyimiz kimi pressinq tətbiq etməyi bacarmadıq. Oyuna baxsaq, rəqibin bizdən daha çox qol vəziyyəti yaratdığını görərik. Reallıq budur ki, hələ çox iş görməliyik. Söylədiyim kimi, oynaya biləcəyimiz səviyyədə oynamadıq. Hesab isə bir qədər qəribə oldu".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər