"İndidən finala çıxdığımızı deməyə cəsarət etmirəm. Bizdə böyük həvəs var. “Qarabağ”ı sevənləri cavab görüşünə dəvət edirəm. Hər zamankı kimi iddialıyıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Klub rəhbəri Azərbaycan Kubokunun ilk yarımfinal oyununda “Neftçi” üzərində əldə edilən 2:0 hesablı qələbədən sonra jurnalistlərə açıqlama verib. Tahir bəy oyundan razı qalıb: "İlk hissədə vurulan iki qol işimizə yaradı. Fasilədən sonra da sürət yaxşı idi. Əsas heyət üzvlərindən Rəşad Sadıqov, Bədavi Hüseynov, Riçard Almeyda kimi futbolçular yox idi. Buna baxmayaraq, gözəl bir oyun alındı. Biz razıyıq”.
Klub prezidenti finalın Naxçıvanda keçrilməsinə razıdı: "Qarşıda cavab matçları var, gözləyək. Final Naxçıvanda olacaq? Onda hamımız Naxçıvanda yığışarıq”.
Fanat.Az