"Hər şey gözlənildiyi kimi normaldı" - Şahin Diniyev

"Hər şey gözlənildiyi kimi normaldı" - Şahin Diniyev

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev Bakıda davam edən təlim-məşq toplanışını dəyərləndirib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis yanvarın 11-dən başlanan hazırlıqların plan üzrə davam etdiyini bildirib:

 

"Hər şey gözlənildiyi kimi normaldır. Futbolçular da məşq proseslərinə ciddi yanaşırlar. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Artıq dünən 2 fərqli heyətlə 2 matç keçirdik. Komanda sınaq görüşlərinə yorğunluq fonunda çıxmışdı. Uşaqlar oyun günü də məşq etmişdilər. İndi kollektivin fiziki hazırlığının yüksəldilməsi yönündə işləyirik. Gələn həftədən daha çox toplu çalışmalara üstünlük verib, taktiki-texniki yöndə hazırlaşacağıq. Bizə 90 dəqiqə futbolçuların dayanmadan qaçması, hərəkət etməsi lazim idi, onlar da verilən tapşırıqları yerinə yetirdilər”.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər