"Napoli"nin baş məşqçisi Antonio Konte komandasının İtaliya kubokunda "Palermo" üzərində qazandığı böyükhesablı qələbəni (5:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Football Italia" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
"Növbəti mərhələyə çıxmaq istəyirdik. Matçı istədiyim tərzdə keçirdik. İntizamlı oynamağımızı, xüsusən də uşaqların istəkli olmalarını bəyəndim. Baxmayaraq ki, komandanın oyuununa hər zaman əlavə etmək üçün nəsə var.
“Napoli”nin oyununun dəyişdiyini danmaq olmaz. Biz həftədə bir dəfə oynayırıq və bu, xüsusilə işimin ilk ilində mənə kömək edir. Bu, mənə problemlərimizi daha dərindən qazmağa, müxtəlif modelləri sınamağa və onları oyunçulara çatdırmağa imkan verir”.
Qeyd edək ki, "Napoli" A Seriyasında 5 turdan sonra 10 xalla 2-ci pillədədir və liderdən cəmi 1 xal geri qalır.
Mirağa