"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasında Moldova "Daçiya"sına səfərdə 1:0 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. 50 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Yaxşı oyun keçdi. Taktiki cəhətdən intizamlı çıxış etdik. Rəqib bizi təzyiq altında saxladı. Mərhələni kim keçsəydi, o buna layiq idi. Futbolçularıma təşəkkür edirəm. Uzun yol, isti hava oyunumuza çox təsir etdi. Tezliklə 50 yaşım olacaq. Fikrimcə, bu, yubileyimə ən yaxşı hədiyyə olacaq.
- Növbəti mərhələdə rəqibiniz Avstriyanın "Admira" komandası olacaq...
- İştah diş altındadı. Məncə, bu gün "Kəpəz" tarix yazdı. Bunun davamını gətirməyə çalışacağıq. Gücümüz "Admira"dan azdı. Bunu etiraf edirik. Amma şanslarımızdan maksimum yararlanmalıyıq.
- "Daçiya" sizi nə iləsə təəccübləndirdi?
- Bu gün rəqib mərhələyə keçməyə layiq idi. Futbolçular topla yaxşı rəftar və hərəkət edirdilər. İlk oyundan sonra "Daçiya"nın taktikasını öyrənmişdik. Müdafiədə və mərkəzdə kompakt oynamaqla, əks-hücumlara bel bağladıq ki, bunun da sayəsində qələbə qazandıq. "Daçiya" yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Adlan Şişxanova da təşəkkür edirəm. O, əsl kişilik göstərdi. (Sportnet.az)
Fanat.az