"Göstəririk, başa salırıq, amma eyni səhvlər olur" - Kurban Berdiyev

"Göstəririk, başa salırıq, amma eyni səhvlər olur" - Kurban Berdiyev

Misli Premyer Liqasının 27-ci turunda öz meydanında "Sumqayıt"a 1:2 hesabı ilə uduzan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis belə danışıb:

"Hər oyunda bizə baha başa gələn səhvlər buraxırıq. Əfsuslar olsun ki, son oyundakı səhvlər nəticəyə təsir edir. Göstəririk, başa salırıq, amma eyni səhvlər olur.

Seleksiyada səhv etmişik? Düşünmürəm. Səhvlər kompleks səhvlərdir. Amma məsuliyyəti boynumdan atmıram. Hər şeyə görə mən cavabdehəm.

Anton Kraçkovski gələndən cəmi yarım saat oynayıb? O, mənim Mahaçqala "Dinamo"sunda gördüyüm formasını qaytara bilmir. 

Komanda avrokuboklara vəsiqə qazanmasa da, postumda qalacam. Futbolçulardan kimin qalıb kimin gedəcəyinə sonra qərar verəcəyik. Qarşıda daha bir dövrə var". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər