"Gəncəli azarkeşləri oyuna dəvət edirəm"

"Gəncəli azarkeşləri oyuna dəvət edirəm"

1-ci Liqanın ilk turunda səfərdə "Şimal"ı 2:1 hesabı ilə məğlub edən "Gəncəbasar" 2-ci turda "Xankəndi"ni qəbul edəcək. Gəncə təmsilçisinin gənc yarımmüdafiəçisi Dinamin Bağırov ilə əlaqə saxlayıb bu gün 17:00-da başlayacaq matç barədə fikirlərini öyrəndik.

Sentyabrın 8-də 19 yaşı tamam olan futbolçunun Fanat.Az-a açıqlaması belə oldu:

"Matça ciddi şəkildə hazırlaşmışıq. Bu, ilk ev oyunumuz olacaq. Gəncəli azarkeşləri oyuna dəvət edirəm. Onların dəstəyinə ehtiyacımız var. Gücümüzə güc qatacaqlarına inanıram. İlk oyunumuzda qələbə qazandıq. İndi də bunun ardını gətirmək istəyirik. Uğurlu nəticəyə komanda şəklində nail olacağımıza ümid edirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər