"Gəncədəki matç haqda düşünmürük"

"Gəncədəki matç haqda düşünmürük"

“İnter” maraqlı komandadı. Bu rəqiblə oyunlarımız həmişə çətin keçib”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

İsmayılov çempionluq uğrunda əsas rəqibləri olan “Qəbələ”nin səfərdə “Kəpəz”ə qarşı keçirəcəyi matça da şərh verib: “İnter”i bu mövsüm məğlub edə bilməmişik. Əlbəttə ki, məqsədimiz qələbədi. İstəyimizə çatıb-çatmayacağımızı oyun göstərəcək. Yaxşı hazırlaşmışıq. Sonadək mübarizə aparmalıyıq. “Kəpəz” – “Qəbələ” oyununun nəticəsi də bizim üçün müəyyən əhəmiyyət daşıyır. Amma Gəncədəki matç haqda düşünmürük. Diqqətimiz öz oyunumuzda olacaq”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər