"Mən gələcəyim üçün qərarımı vermişəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Arsen Venger deyib.
"Vest Bromviçə 1:3 hesabı ilə uduzduqları oyundan sonra "Sky Sports"a danışan fransız mütəxəssis gələcəyi ilə bağlı qərarını verdiyini bildirib: "Yaxınlarda bu qərarı siz də öyrənəcəksiniz. Amma bu o qədər də önəmli məsələ deyil. 20 ildi heç olmadığımız qədər pis yoldayıq və bu mənim gələcəyimdən daha önəmlidi".
Məlum olduğu kimi Arsen Vengerin müqaviləsi mövsümün sonunda başa çatır. Son dövrlər sərt şəkildə tənqid olunan fransız mütəxəssisin mövsümün sonunda komandanı tərk edəcəyi deyilir.
Fanat.Az