"Frozinone" yenidən elitada

"Frozinone" yenidən elitada

İtaliya B Seriyasının 38-ci turunun son oyununda "Frozinone" öz meydanında "Mantova"nı 5-0 hesabı ilə darmadağın edərək 2-ci yeri tutub. 

Fanat.Az xəbər verir ki, bu qələbə komandanın 2023/2024 mövsümündən bəri oynamadığı A Seriyasına yüksəlməsinə kifayət edib. 

Daha öncə "Venesiya" lider qismində elitada oynamaq hüququ qazanmışdı.

A Seriyasına son yer uğrunda 6 klub mübarizə aparacaq. Pley-off mərhələsinin ilk oyunları mayın 12-də keçiriləcək.

Xatırladaq ki, "Piza" və "Verona" artıq A Seriyasından düşüblər. Üçüncü komanda "Kremoneze", "Leççe", "Fiorentina" və ya "Kalyari" olacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər