"France Football" dərgisi gözlənilməz qərar qəbul edib. Fanat.Az xəbər verir ki, jurnal bundan sonra "Qızıl top" ("Ballon d`Or") mükafatının qalibini FIFA ilə birlikdə seçməyəcəyini açıqlayıb.
Artıq "France Football" mükafatçıların seçilməsi üçün tətbiq olunacaq yeni qaydaları açıqlayıb. Fransa nəşri FIFA ilə ortaqlıqdan əvvəlki qaydaların tətbiq ediləcəyini açıqlayıb.
Yeni qaydaları belədi?
- 6 ildi qaliblər milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlər tərəfindən verilən səslərlə müəyyənləşirdisə, bundan sonra səsvermədə ancaq jurnalistlərdən ibarət juri iştirak edəcək.
- 23 nəfərlik namizədlər siyahısı 30-a qaldırılacaq.
- Finala çıxan 3 finalist futbolçu qaydası ləğv olunacaq.
- Qalibin adı və tam sıralama təqvim ilinin bitməsindən əvvəl elan ediləcək.
Qeyd edək ki, "France Football" dərgisinin 1956-2009-cu illərdə təqdim etdiyi "Ballon d`Or" mükafatı ilə FIFA-nın verdiyi 1991-2009-cu illər aralığında verdiyi "Dünyada ilin futbolçusu" mükafatı 2010-cuildə birləşdirilərək "Qızıl top" adı ilə təqdim olunmağa başlamışdı. 6 il ərzində mükafat 4 dəfə Lionel Messiyə (2010, 2011, 2012, 2015) və 2 dəfə Kriştiano Ronaldoya (2013, 2014) verilib.
Qaydaların keçmişə qaytarılması maraqlı bir məqamı üzə çıxardıb. Belə ki, qaliblər 6 il əvvəlki qaydalarla seçilsəydi, 2010-cu ildə Lionel Messi yox, hazırda "Qalatasaray"da çıxış edən Uesli Sneyder "ən yaxşı" olacaqdı. Belə ki, həmin il "İnter"lə Çempionlar Liqasını və Hollandiya millisi ilə Dünya çempionatının gümüş medalını qadanan holland ulduz jurnalistlərdən 293 səs almışdı. Bu nəticə onun birinciliyi üçün kifayət idi. Çünki Andres İnyesta 291, Xavi isə 229 səs toplamışdı. Mükafatın sahibi Messi isə yalnız dördüncülüklü kifayətlənəcəkdi.
2013-cü ildə eyni uğuru Frank Riberi qazanmalı idi. Çünki "Bavariya"nın ulduzu jurnalistlərdən 524 səs almışdısa, Kriştiano Ronaldo 399 səslə kifayətlənmişdi.
Fanat.Az