"Foqtsa aktiv şəkildə xələf axtarırıq"

"Foqtsa aktiv şəkildə xələf axtarırıq"
"Mən azarkeşlərin Berti Foqtsu istefaya çağırışlarını eşitməmişəm. Almaniyalı baş məşqçi millidə müqaviləsinin sonunadək işləməlidir". Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyanın DPA agentliyinə açıqlamasında deyib. 
Assosiasiya rəsmisi hələ iyulun 22-də, Milli Mətbuat Günü ilə münasibətilə jurnalistlərlə keçirilən görüşdə 2008-ci ilin aprelindən millimizin baş məşqçisi olan Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacaqlarını bildirmişdi. 
Məmmədov bu dəfə vurğulayıb ki, 67 yaşlı almaniyalı çalışdırıcı çox güman cari seçmə mərhələnin sonunda vəzifəsindən gedəcək: “Biz eyni zamanda ona aktiv şəkildə əvəzləyici axtarırıq. Artıq namizədlər siyahısı var. AFFA-nın İcraiyyə Komitəsi bundan layiqli seçim edəcək”.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər