"Flikin yeni era başlatdığını düşünmürəm, bunu Xavi edib" - Tyerri Anri

"Flikin yeni era başlatdığını düşünmürəm, bunu Xavi edib" - Tyerri Anri

"Barselona"nın sabiq hücumçusu Tyerri Anri cari mövsüm uğurlu çıxışla diqqət çəkən Kataloniya təmsilçisinin alman çalışdırıcısı Hans-Diter Flikin əməyinin şişirdildiyini deyib.

Fanat.Az xəbər verir ki, "Relevo" onun sözlərini belə çatdırıb:

"Flikin yeni era başlatdığını düşünmürəm. Bunu Xavi edib. Flik Kubarsi, Yamal kimi gəncləri əsas komandaya cəlb edən Xavinin başladığı işi davam etdirir. Gənclərə məhz Xavi şans verib".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər