"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az "bənövşəyilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə tapşırılıb.
59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pioli 2017-2019-cu illərdə də "Fiorentina"ya rəhbərlik edib. Mütəxəssisin son klubu "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) olub.