"Finala çıxmaq üçün kifayət qədər imkanlarımız oldu" - Harri Keyn

"Finala çıxmaq üçün kifayət qədər imkanlarımız oldu" - Harri Keyn

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda 4:5 hesabı uduzduğu PSJ ilə bu gecə öz meydanında heç-heçəyə razılaşaraq (1:1) mübarizəni dayandıran "Bayern Münhen"in hücumçusu Harri Keyn Münhendəki matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 90+4-cü dəqiqədə komandasının bərabərlik qoluna imza atan ingilis ulduzun sözlərini "Yahoo Sports" belə çatdırıb:

"Çox ağırdır. Bu gün finala çıxmaq üçün kifayət qədər imkanlarımız oldu".

Almaniya nəhəngini mübarizədən kənarlaşdıran PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələcək. Paris klubu ötən il bu turnirin qalibi olub. Enrikenin komandası Milan "İnter"ini 5:0 hesabı ilə yenib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər