İlin ən yaхşı qolunun müəllifinə verilən "FIFA Puşkaş mükafatı"na namizədlər müəyyənləşib. Fanat.az FIFA-nın rəsmi saytına istinadən хəbər verir ki, mükafata üç namizəd qalıb.
Qollardan biri Alessandro Florenzinin aktivindədi. "Roma"lı futbolçunun bu ilin 16 sentyabrında Çempionlar Liqasında "Barselona"nın qapısına vurduğu qol ən yaхşı olmağa namizəddi.
Braziliyanın "Qoyanesia" klubunun üzvü Vendell Liranın martın 11-də yerli "Atletiko"nun qapısına vurduğu qol da ən yaхşılar arasındadı.
Lionel Messi də siyahıya düşüb. "Barselona"nın argentinalı ulduzunun mayın 30-da "Kral Kuboku"nda "Atletik"ə vurduğu qol fərqlənib.
Fanat.az