Şahin Diniyev AZAL-la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi bunları deyib:
"Oyuna görə komandama hər hansı bir etirazım yoxdu. Futbolçularım ikinci hissədə üstün oynadılar. Komandamın oyunu ilə fəxr edirəm. “Kəpəz” bu tur ən yaxşı ikinci hissəsini sərgilədi. İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram”.
Fanat.az