"Arsenal"ın baş məşqçisi Arsen Venger "Mançester Yunayted"ə 27 il rəhbərlik etdikdən sonra ötən mövsümün sonunda təqaüdə çıxan Aleks Ferqyusonun məşqçiliyə dönəcəyinə inanır. Fanat.az xəbər verir ki, fransız mütəxəssis bu barədə İngiltərə mətbuatına açıqlama verib.
Vengerin fikrincə, uzun illər futbola bağlı olan adamın bundan ayrılması çətin məsələdi: "Təsəvvür edin ki, 30 il bir dərmanı atırsınız və sonra bir anda imtina edirsiniz. Ondan əsla tamamən qurtula bilməzsiniz".
Ferqyusonun yenidən məşqçiliyə başlamasının onun üçün sürpriz olmayacağını bildirən Venger "6 aydan sonra bu məsələ haqqında daha çox bilgiyə sahib olacağıq" deyib.
Fanat.az