"Fənərbaxça"nın yeni baş məşqçisi açıqlandı

"Fənərbaxça"nın yeni baş məşqçisi açıqlandı

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib. Fanat.Az xəbər verir ki, İstanbul klubuna Aykut Kocaman başçılıq edəcək.

Bu barədə o, özü açıqlama verib: "Fənərbaxça"da yarımçıq qalmış işlərim var. Onları həll etməyə gəlirəm. Rəsmi açıqlama "Qalatasaray"la keçirəcəyimiz oyundan sonra veriləcək".

Aykut Kocamanın başçılıq etdiyi "Konyaspor" bu mövsüm Türkiyə Kubokunu qazanıb. Konya klubu bu gün Super Liqanın son turunda "Qalatasaray"la qarşılaşacaq. Bu 52 yaşlı mütəxəssisin komandada son oyunu olacaq.

Qeyd edək ki, 1988-1996-cı illərdə "Fənərbaxça"da oynamış Aykut Kocaman 2010-2013-cü illərdə komandanın baş məşqçisi olub. "Fənərbaxça" onun rəhbərliyi altında Türkiyə çempionluğunu (2011), iki dəfə ölkə kubokunu (2012, 2013) qazanıb və Avropa Liqasında yarımfinala yüksəlib (2013).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər