"Fənərbaxça"nın rəqibi iddialı danışdı

"Fənərbaxça"nın rəqibi iddialı danışdı
Çempionlar Liqasının pleyy-off mərhələsinin cavab oyununda "Fənərbaxça" ilə qarşılaşacaq "Arsenal"ın baş məşqçisi Arsen Venger mətbuat önünə çıxıb. Fanat.az xəbər verir ki, Venger komandazının hazır olduğunu bildirib: 
"İlk matçda qələbə qazanmağımız bizim meydana rahat çıxacağımız demək deyil. Bu oyunda da qələbə qazanmağa hazırlaşırıq. Zədəli oyunçularımız var, amma futbolçularımızın 95%-i hazırdı. Stabil heyət ilə meydana çıxacayıq. 16 ildi ki, biz bu turnirin iştirakçısıyıq. Buna görə də sabah da mütləq qələbə uğrunda mübarizə aparmalıyıq".
Bundan əlavə "topçular"ın baş məşqçisi transfer haqda da danışıb: "Transfer haqda azarkeşlərə heç nə deyə bilmərəm. Heyətdə çətinliyimiz olduğu düzdü. İstədiyimiz oyunu göstərmək üçün əlavə kömək lazımdı. Bu mövzuda ümidim var".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər