"Fənərbaxça"nın prezidenti müəyyənləşdi

"Fənərbaxça"nın prezidenti müəyyənləşdi
Bu gün "Fənərbaxça"nın qurultayı keçirilib. Fanat.az xəbər verir ki, qurultayda prezident seçkiləri baş tutub.
Yenidən namizədliyini irəli sürən Aziz Yıldırım 9380 səsdən 6821-ni toplayıb və 11-ci dəfə "Fənərbaxça"nın prezidenti seçilib. Digər namizəd - TFF-nin sabiq prezidenti Mehmet Ali Aydınlar 2383 səs toplaya bilib. Daha 176 səs etibarsız sayılıb.
Aziz Yıldırımın təqdim etdiyi siyahıya əsasən İdarə Heyətinin tərkibi də müəyyənləşib. Abdullah Kiğılı, Mithat Yenigün, Mahmut Nedim Uslu, Nihat Özbağı, Ahmet Özokur, İlhan Yüksel Ekşioğlu, Ender Alkaya, Ahmet Tahir Perek, Ömer Temelli, İsfendiyar Zülfikari, Deniz Tolqa Aytöre, Mehmet Şekip Mosturoğlu, Turhan Şahin, Erhan Türkoğlu.
Ehtiyat üzvlər: Ünal Uzun, Hakan Dinçay, Mehmet Selim Kosif, Mustafa Serdar Erkan, Yalçın Haker, Metin Doğan, Selim Sapan.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər