"Fənərbaxça"nın avtobusuna silahlı basqın edildi - FOTOLAR

"Fənərbaxça"nın avtobusuna silahlı basqın edildi - FOTOLAR

Türkiyə Super Liqasının XXVI turunda keçirilən "Rizəspor" - "Fənərbaxça" matçından sonra xoşagəlməz hadisə yaşanıb. Fanat.az xəbər verir ki, "sarı-lacivərdli" komandanı daşıyan avtobus stadiondan ayrıldıqdan az sonra silahlı basqına məruz qalıb.

Nəticədə avtobusun sürücüsü ağır yaralanıb və yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hələlik hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.

Qeyd edək ki, "Rizəspor" - "Fənərbaxça" oyunu qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər