"Fənərbaxça" - "Qalatasaray" matçında maraqlı hadisə baş verib. Fanat.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri əzəli rəqibin əfsanəsinə dəstək verib.
Belə ki, "Fənərbaxça" fanatları "Qalatasaray" rəhbərliyi tərəfindən istefaya göndərilən Fatih Terimin müdafiəsinə qalxıb. "Sarı-lacivərdli" azarkeşlər matçın sonknda "İmparator Fatih Terim" və "Terimi satanı biz də satarız" şüarları səsləndiriblər.
Fanat.az