"Fənərbaxça"lı azarkeşlərdən VƏHŞİLİK

"Fənərbaxça"lı azarkeşlərdən VƏHŞİLİK

"Qalatasaray"ın "Fənərbaxça"nı 1:0 məğlub etdiyi matçda xoşagəlməz olay baş verib. Fanat.az xəbər verir ki, "Fənərbaxça"lı futbolçuları "Türk Telekom Arena"ya yola salmaq üçün gözləyən tərəfdarlar, maşınında "Qalatasaray" şərfi olan bir adama hücum edib.

 

Maşınlarında "Qalatasaray" şərfi olan bir cütlük "Fənərbaxça"lı tərəftar kütləsi arasından keçərkən "sarı-lacıvərdlilər" onu dayandırıb və etik olmayan hərəkətlər ediblər. Son sürətlə kütlənin arasında çıxan sürücü bir müddət sonra geri qayıdıb, amma tərs istiqamətdən gəlib tərəfdarın üzərinə avtomobili sürən zaman "Fənərbaxça"lılar daha da qızışıb.

 

Maşını dayandıran "Fənərbaxça"lılar, şüşələri qırıb avtomobilə hücum edir. Yüzlərlə tərəfdar kütləsinin arasında qalan "Qalatasaray"lı sürücünün yanındakı oturacaqda oturan qadının halı pisləşib. Maşına isə böyük ziyan dəyib.

 

Bu vəhşilikdən sonra Serkan Okumuşun həyat yoldaşı və özü gecəni xəstəxanada keçirib. “Aslanlar”ın prezidenti Ünal Aysal hadisəyə biganə qalmayıb. Prezident azarkeşə dəyən bütün ziyanın klub tərəfindən ödəniləcəyini bildirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər