"Fənərbaxça" və "Qalatasaray"ın prezidentinə ağır cəza

"Fənərbaxça" və "Qalatasaray"ın prezidentinə ağır cəza

Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi bəzi klub rəhbərlərini sərt şəkildə cəzalandırıb.

Qol.az-ın TFF-nin saytına istinadən yaydığı xəbərə görə, ən ağır cəza  “Fənərbaxça”nın prezidenti Əziz Yıldırıma verilib.

 

İdman prinsiplərinə zidd açıqlamalar verən klub prezidenti 120 gün müddətinə səlahiyyətlərindən məhrum edilib. O, eyni zamanda 140 min lirə cərimələnib.

“Qalatasaray”ın prezidenti  Dursun Özbək isə  45 gün müddətinə səlahiyyətlərindən məhrum olunub. Klubun rəsmi saytına idman prinsiplərinə zidd açıqlama verən Dursun Özbək  30 min lirə cərimə edilib.

 

Eyni səbəbdən cəzalanan “Bursaspor”un prezidenti Ali Ay da 45 günlük  səlahiyyətlərindən  məhrum edilib və 30 min lirə cərimələnib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər