Türkiyə Super Liqasının IV turuna yekun vurulub. Fanat.az xəbər verir ki, turun son oyununda "Kasımpaşa" doğma azarkeşlər önündə "Fənərbaxça" ilə münasibətlərinə aydınlıq gətirib.
Elə ilk qol da ev sahibləri tərəfindən vurulub. Qarşılaşmanın 19-cu dəqiqəsində Ryan Donk İstanbul təmsilçisinin qapısına yol tapıb. Daha sonra hücuma atılan qonaqlar istəyinə nail olub. Caner Erkin matçın 31-ci dəqiqədə standart vəziyyətdən rəqib qapısına yol tapa bilib - 1:1. Lakin bu ilk hissədə vurulan son qol olmayıb. Görüşün 40-cı dəqiqəsində Skaryone Babelin başla ötürməsini qola çevirib və birinci hissə bu hesabla yekunlaşıb.
Azarkeşlər ikinci hissədə də maraqlı oyunun şahidi olub. 90 dəqiqə meydanda top qovan Vebo rəqibə öz gücünü göstərib. 74-cü dəqiqədə Canerin qapı qarşısına asmasını Vebo qola çevirib. 92-ci dəqiqədə isə ev sahiblərinin müdafiəsinin inamsız oyunu nəticəsində Vebo İsakssonun qoruduğu qapıya bir daha yol tapa bilib və qarşılaşma "Fənərbaxça"nın 2:3 hesablı qələbəsi ilə başa çatıb.
Qələbə sayəsində "sarı-lacivərtlər" 9 xalla ikinci pilləyə yüksəlib.
Fanat.az