"Fənərbaxça" Emenikeni cərimələdi

"Fənərbaxça" Emenikeni cərimələdi

“Fənərbaxça”nın nigeriyalı üzvü Emmanuel Emenikenin özbaşnalığı ona baha başa gələ bilər. Fanat.az xəbər verir ki, Super Liqanın son turunda “Beşiktaş”la matçda “sarı-lacivərd”li fanatların etiraz etməsi hücumçunu hövsələdən çıxarıb. 

Oyunun gedişində formasını çıxaran nigeriyalı futbolçu meydanı özbaşına tərk edərək paltardəyişmə otağına yollanmaq istəyib. Emenike tunelə getmək istəyərkən onun qarşısını məşqçilər korpusu kəsərək yenidən meydana qaytarıb. 

“Fənərbaxça” rəhbərliyi futbolçunu bu hərəkətinə görə 50 min avro cərimələmək qərarına gəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər