"Fənərbaxça" çempionluğa yaxınlaşdı - VİDEO

"Fənərbaxça" çempionluğa yaxınlaşdı - VİDEO
Türkiyə Super Liqasında XXVI tura yekun vurulub. Fanat.az xəbər verir ki, turun son oyununda "Fənərbaxça" "Qaziantepspor"un qonağı olub.
Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 10-cu dəqiqədə Emmanuel Emenike açıb. O, 24 dəqiqə sonra dublunu rəsmiləşdirib. 76-cı dəqiqədə Mussa Sov darmadağını rəsmiləşdirib. Sona 3 dəqiqə qalmış Gilles Binya qırmızı vərəqə alaraq "Qaziantepspor"u azlıqda qoyub.
Qeyd edək ki, "Fənərbaxça" 25 oyundan sonra 57 xalla turnir cədvəlinə başçılıq edir və "Beşiktaş"ı 7, "Qalatasaray"ı 8 xal qabaqlayır. TFF "Trabzonspor"la yarımçıq qalmış matça görə "Fənər"ə texniki qələbə verəcək ki, bu zaman ən yaxın izləyici ilə fərq 10-a çatacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər