"Fənərbaxça" 19-cu dəfə çempion! - VİDEO

"Fənərbaxça" 19-cu dəfə çempion! - VİDEO
Türkiyə Super Liqasının qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Fənərbaxça" 2013/14 mövsümünün qalibi olub.
İstanbul klubu XXXI tur çərçivəsində bu gecə "Çaykur Rizəspor"u qəbul edib. TFF "Şükrü Saracoğlu" stadionunu cəzalandırdığından matç qadın və uşaq azarkeşlərin iştirakı ilə keçirilib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0. Bununla da "Fənərbaxça" mövsümün sonuna 3 tur qalmış çempionluğunu elan edib.
Qeyd edək ki, İstanbul klubu tarixi ərzində 19-cu dəfə Türkiyə çempionu olub. "Fənərbaxça" sonuncu dəfə 2010/11 mövsümündə qızıl medallara sahib çıxmışdı. Bununla da "Fənərbaxça" və "Qalatasaray" arasında çempionluq sayı bərabərləşib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər