"Fənərbaхça" Ozan Tufanın transferini açıqlayıb. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 2019/20 mövsümünün sonunadək davam edəcək 5 illik müqavilə imzalanıb. "Fənərbaхça" bu transferə görə "Bursaspor"a 7 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2012-ci ildən "Bursaspor"un əsas heyətində çıхış edən 20 yaşlı futbolçu Türkiyənin A millisində 13 oyun keçirib və 1 qətl vurub.
Fanat.az