"Real"a 1:6 hesablı yenilgi "Qalatasaray"ın baş katibi Adnan Nasın özündən çıxmasına səbəb olub. Fanat.az xəbər verir ki, klub rəsmisi böyükhesablı məğlubiyyətə görə baş məşqçi Fatih Terimi ittiham eidb.
"Türk Telekom Arena"da matçı canlı izləyən Nas VİP-lojada "İmperator"un ünvanına bu ifadələri səsləndirib: "Terim indi getsin bir az da "Fənərbaxça"nı çalışdırsın. Sən geidb milli komandanı çalışdırarsan, komandaya məşq keçməzsən, nəticəsi bu olar. Görün komanda nə vəziyyətdədi? Engin Baytar oynayır, o boyda pul verilən Bruma ehtiyatda oturur. Yazzıqlar olsun".
Bəzi jurnalistlərin də eşitdiyi sözləri "Qalatasaray" nümayəndələrindən biri Fatih Terimə çatdırıb. "İmperator"un bu duruma əsəbləşdiyi deyilir.