"Everton" amerikalı milyarderə satılır - RƏSMİ

"Everton" amerikalı milyarderə satılır - RƏSMİ

İngiltərə Premyer Liqasının (İPL) rəhbərliyi "Everton"un amerikalı milyarder Dena Fridkinin şirkətinə satılmasına razılıq verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı İPL-in mətbuat xidməti yayıb.

Sentyabrda "Friedkin Group" "Everton"un keçmiş sahibi Fərhad Moşiriyə məxsus "Blue Heaven Holdings"lə razılığa gəlib. Anlaşmanın maliyyə şərtləri ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, "Everton" heç vaxt elitanı tərk etməyən azsaylı İngiltərə klublarındandır. Ötən mövsüm maliyyə feyr-pleyini pozduğu üçün sözügedən klubun 8 xalı silinib. Komanda cari mövsüm 15 matçdan sonra 15 xalla 16-cı pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər