"Atletiko Madrid"in sabiq hücumçusu Dieqo Kosta "Real Madrid"in keçmiş müdafiəçiləri Serxio Ramos və Pepeyə qarşı oynadığı dönəmi yada salıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"Onlar da mənim kimi kişidirlər. Ramosla Pepe əsl döyüşçü idilər. Pike - Puyol tandemi başqa idi, onlar başqa. "Barselona"ya qarşı oynayanda əsasən müdafiə barədə düşünürdüksə, "Real"la matçlarda irəlidə mübarizə aparmaq imkanım daha çox olurdu. Ən çox xoşuma gələn Pepe ilə Ramosa qarşı oynamaq idi. Onlar səni bütün gücünü meydanda qoymağa məcbur edirdilər".
Kosta 2007-2014 və 2017-2021-ci illər aralığında "Atletiko"da oynayıb.
Toğrul