"Emil Balayev qışa qədər oynamayacaq"

"Emil Balayev qışa qədər oynamayacaq"

Azərbaycan millisinin qapıçısı Emil Balayev şərəfini qoruduğu "Ayntraxt" klubunda qışa qədər yaşıl meydanlardan uzaq qalacaq.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe məlumat verib.

54 yaşlı mütəxəssis Balayevin ilin sonuna qədər oynamayacağını bildirib: "Emil qışa qədər oynaya bilməyəcək. Bu müddət həqiqətən onun üçün çətin keçəcək" - deyə Fe bildirib. 

Komandanın 3-cü qapıçısı olan Balayevin stomatoloji əməliyyat keçirməsi səbəbindən məşqlərə qatılmadığı bildirilir.

Qeyd edək ki, Emil Balayev ötən ilin sonlarında "Neftçi"dən "Ayntraxt"a transfer olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər