"El-Klasiko"nu "Real" qazandı - VİDEO

"El-Klasiko"nu "Real" qazandı - VİDEO
İspaniya La Liqasında mövsümün ilk "El Klasiko"su baş tutub. Fanat.az xəbər verir ki, "Real"la "Barselona" Madriddə üz-üzə gəlib.
"Santyaqo Bernabeu" stadionunda keçirilən matçda hesabı 4-cü dəqiqədə Neymar açıb. 35-ci dəqiqədə Kriştiano Ronaldo bərabərliyi təmin edib. 51-ci dəqiqədə Pepe, 10 dəqiqə sonra Kərim Benzema fərqlənib. Bununla da "Real" 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Barselona" 9 turdan sonra 22 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu La Liqada ilk məğlubiyyətini alıb və ilk qolunu buraxıb. "Real"ın isə aktivində 21 xal yazıb və 2-ci pillədə qərarlaşıb. "Kral Klubu" La Liqada ən çox qol vuran klubdu - 33 qol. "Barselona"da isə bu göstərici 23-dü.
El-Klasiko
25 oktyabr
Real - Barselona 3:1
Qollar: Kriştiano Ronaldo, 35-pen. Pepe, 51. Kərim Benzema, 61 - Neymar, 4.
Hakimlər: Xesus Gil, Angel Nevado, Migel Martines, Karlos Sançes.
Madrid. "Santyaqo Bernabeu" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər