Argentina millisinin baş məşqçisi Lionel Skaloni "Barselona"nın 17 yaşlı vingeri Lamin Yamalın yığmanın superulduzu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "beIN Sports" belə çatdırıb:
"Yamal dünyanın ən yaxşı oyunçularından biridir. Amma düzünü desəm, onu Messi ilə müqayisə etmək çətindir. Demək istəmədiyimi dilə gətirmək fikrində deyiləm, lakin Yamal əla futbolçudur".
Cari mövsüm bütün turnirlərdə 38 matça çıxan Yamal 13 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat