Avropa Liqasında 2014/15 mövsümünə yekun vurulub. Fanat.az хəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin finalında Ukraynanın "Dnepr" və İspaniyanın "Sevilya" klubları üz-üzə gəlib.
Polşanın paytaхtı Varşavadakı milli stadionda keçirilən matçda 5 qol vurulub və "Sevilya" 3:2 hesablı qələbə qazanıb. Bununla da titulunu qoruyan ispanlar tarifə düşüb. Belə ki, "Sevilya" yarışın qalibi adını 4 dəfə qazanan ilk klub olub.
İlk dəfə avrokubokların finalına yüksələn "Dnepr"dən fərqli olaraq, Kiyev “Dinamo”su və “Şaxtyor” Avropa Liqasının qalibi olub.
Avropa Liqası
2014/15 mövsümü
Final
27 may
Dnepr (Ukrayna) - Sevilya (İspaniya) 2:3
Qollar: Nikola Kaliniç, 7. Ruslan Rotan, 44 - Qreqori Kriçovyak, 28. Karlos Bakka, 31; 73.
Dnepr: Boyko, Fedetski, Leo Matos, Çeberyaçko, Duqlas, Kankava (Şaxov, 86), Fedorçuk (Bezus, 68), Mateus, Rotan, Konoplyanka, Kaliniç (Seleznyov, 78).
Baş məşqçi: Myron Markeviç.
Sevilya: Riko, Vidal, Karriço, Kolodzieyçak, Tremoulinas, Mbia, Kriçovyak, Reyes (Koke, 58), Baneqa (İborra, 87), Vitolo, Bakka (Qameyro, 82).
Baş məşqçi: Unai Emery
Sarı vərəqələr: Kankava, 17. Kaliniç, 45+2. Bezus, 70. Rotan, 75. Leo Matos, 83 - Kriçovyak, 45+1. Karriço, 62. Bakka, 74.
Hakimlər: Martin Atkinson, Miхael Mullarkey, Stepan Kild (İngiltərə), Pavel Kraloveç (Çeхiya).
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Andre Marriner (İngiltərə).
Varşava. Milli stadion.
Fanat.az