"Dnepr" finala yaxınlaşdı, "Sevilya" 3 qol vurdu - VİDEO

"Dnepr" finala yaxınlaşdı, "Sevilya" 3 qol vurdu - VİDEO
Çempionlar Liqasının ardınca Avropa Liqasında da yarımfinal mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, bu gecə bu mərhələnin ilk oyunları keçirilib.
Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dnepr" "Napoli"nin qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 50-ci dəqiqədə meydan sahiblərindən David Lopez açıb. "Dnepr" isə 81-ci dəqiqədə Yevgeni Selejnevin bərabərlik qoluna sevinib.
Mərhələnin digər oyununda "Sevilya" "Fiorentina"nı qəbul edib. Meydan sahiblərindən Aleks Vidal 17 və 52-ci dəqiqələrdə dubl edib. Son nöqtəni isə 75-ci dəqiqədə Kevin Qameyro qoyub.
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
7 may
Napoli (İtaliya) - Dnepr (Ukrayna) 1:1
Qollar: David Lopez, 50 - Yevgeni Selejnev, 81.
Napoli: Mariano Anduyar, Miuel Britos, Kristian Maggio, Fauzi Qulam, Raul Albiol, Jorginyo, Marek Hamşik, David Lopez (Valter Qarqano, 71), Joze Maria Kallejon (Manolo Qabbiadini, 77), Qonzalo Hiquayn, Lorenzo İnsigne (Dries Mertens, 82).
Ehtiyat oyunçular: Rafael Kabral, Henrike, Kalidu Kulibali, Gökhan İnler.
Baş məşqçi: Rafael Benites.
Dnepr: Denis Boyko, Yevgeni Çeberyaçko, Duqlas Silva, Artem Fedetski, Jaba Kankava (Roman Bezus, 69), Yevgeni Konoplyanka, Leo Matos, Valeri Luçkeviç (Bruno Qama, 57), Valeri Fedorçuk, Ruslan Rotan, Nikola Kaliniç (Yevgeni Selejnev, 80).
Ehtiyat oyunçular: Jan Lastuvka, Aleksandru Vlad, Aleksandr Svatok, Mateus Leyte.
Baş məşqçi: Miron Markeviç.
Sarı vərəqələr: Jaba Kankava, 24. Artem Fedetski, 73.
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtçell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Anri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
Napoli. "San Paulo" oteli.
Sevilya (İspaniya) - Fiorentina (İtaliya) 3:0
Qollar: Aleks Vidal, 17; 52. Kevin Qameyro, 75.
Sevilya: Serxio Riko, Benoit Tremoulinas, Daniel Karriso, Timoti Kolodzieyçak, Qreqori Kriçovyak, Jose Antonio Reyes (Koke, 58), Ever Baneqa, Vitolo Maşin, Stepan M`bia (Visente İborra, 73), Karlos Bakka (Kevin Qameyro, 75), Aleks Vidal.
Ehtiyat oyunçular: Mariano Barbosa, Fernando Navarro, Dioqo Fiqueyras, Denis Suares.
Baş məşqçi: Unai Emeri.
Fiorentina: Neto, Markos Alonso, Milan Badely (David Pizarro, 69), Matias Fernandes, Mario Qomes (Yosip İliciç, 80), Joaquin Rodriges, Qonzalo Rodriges, Məhəmməd Salah, Stefan Saviç, Nenad Tomoviç (Miçah Riçards, 46), Borya Valero. 
Ehtiyat oyunçular: Kiprian Tatarusanu, Joze Basanta, Xuan Varqas, Alberto Aquilani.
Baş məşqçi: Vinçenzo Montella.
Sarı vərəqələr: Daniel Karriso, 46. Qreqori Kriçovyak, 83 - Markos Alonso, 70. Borya Valero, 78. Qonzalo Rodriges, 90+5.
Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Marko Akmüller (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Fritz (Almaniya).
Sevilya. Raman Sançes stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər