"Dinamo"nun oyunçusu millimizə qarşı

"Dinamo"nun oyunçusu millimizə qarşı
Martın 5-də Tiraspol şəhərində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Fanat.az xəbər verir ki, artıq rəqibin heyəti açıqlanıb.
Moldovanın heyətinə 23 futbolçu cəlb olunub. Onların arasında Rumıniyanın "Klinjen" və Ukraynanın "Dinamo" (Kiyev) klublarında oynayan iki legioner var.
Qeyd edək ki, oyun Tiraspol şəhərindəki "Sheriff Indoor Sports Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
 
Qapıçılar: Aleksey Koşelev (Real, Kişinyov), Kristian Avram (Kişinyov akademiyası).
Müdafiəçilər: Viktor Buqa, Konstantin Boqdan, Dinu Qraur (hamısı "Zimbru"), Vasili Jardan, Maksimilian Modirka (hər ikisi "Daçiya"), Maksim Focşa (Kişinyov akademiyası), Viktor Georgiu (Milsami), İvan Prodan (Klinjen, Rumıniya).
Yarımmüdafiəçilər: İon Ursu, Sergey Matey, Yevgeni Zasavitsi, Valeri Tiron (hamısı "Veris"), George Anton, Dan Spataru (hər ikisi "Zimbru"), Vadim Rata, İqor Poyarkov (hər ikisi "Tiraspol"), Vyaçeslav Lisa (Şerif), Katalin Karp ("Dinamo" Kiyev, Ukrayna).
Hücumçular: İurie Mirza (Tiraspol), İqor Dima (Şerif), Nikolae Milinkeanu (Veris).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər