"Dəyişikliklər olacaq" - Şahin Diniyev

"Dəyişikliklər olacaq" - Şahin Diniyev

Fevralın 28-də Gəncə şəhər stadionunda "Qəbələ”ni qəbul edəcək "Kəpəz” bu gün keçirilən məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb.

Fanat.Az xəbər verir ki, "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev oyunöncəsi fikirlərini klubun rəsmi saytına açıqlayıb: 

"Həqiqətən də çətin görüş olacaq, ümumiyyətlə son zamanlar asan oyunlarımız yoxdu. Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda "Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər