"Derley "Xəzər Lənkəran" barədə tam təsəvvürə malikdi"

"Derley "Xəzər Lənkəran" barədə tam təsəvvürə malikdi"
"Londona səfər bu çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu. O, “Portu”da Joze Mourinyonun rəhbərliyi altında çıxış edib, və indi də onunla əla münasibətləri var. O ki qaldı mənimlə Derleyin münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın seleksiyaçı-məşqçisi Mario Souza deyib.
Bir neçə gün əvvəl Joze Mourinyo ilə görüşən bu və digər məqamlar haqqında klubun rəsmi saytına danışıb. Souza belə bir görüşün həm “Xəzər Lənkəran” üçün, həm də onun özü üçün vacib olduğunu bildirib: “Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq “Xəzər Lənkəran” haqqında geniş və tam təsəvvürə malikdi. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Mourinyo ilə görüş əsnasında da “Xəzər Lənkəran” haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim”.
 
Hazırda isə Mario Portuqaliyadadı: “Ötən ay Cənubi Amerika ölkələrində oyunları izləyib, klub rəhbərləri ilə görüşlər apardım. Qısamüddətli London səfərindən sonra isə Portuqaliyadayam. Zon Saqreş Liqasının bir neçə oyununda olacam, gedəcəyim oyunların siyahısını hələ Braziliyada olduğum müddətdə hazırlamışam. Bu ölkədə də görüşlərim olacaq. Bilavasitə klub işləri ilə bağlı görüşlərlə yanaşı, dünyanın bir nömrəli futbol agenti Jorje Mendeşlə də söhbətimiz olacaq. Həftənin sonunda isə artıq San Paoloda olmalıyam”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər