"Dənizli "Xəzər Lənkəran"ı çempion edə bilməyəcək"

"Dənizli "Xəzər Lənkəran"ı çempion edə bilməyəcək"
"Mustafa Dənizlinin "Xəzər Lənkəran"ın baş məşqçi postunda uğurlu olacağına inanıram. Amma bunun üçün vaxt lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı"nın sabiq vitse-prezidenti Tunc Afşar deyib.
 
Türkiyəli ekspert bildirib ki, Dənizli "Xəzər Lənkəran"da istədiyi heyəti yalnız gələn ilin yayında formalaşdıra biləcək. Çünki qış transfer dövründə səviyyəli oyunçu tapmaq çətindi.
 
Afşarın fikrincə, məşhur mütəxəssis bu mövsüm "ağ-yaşıllar"a çempionluq sevinci yaşada bilməyəcək, lakin onun Avropa Liqasına vəsiqə qazandırması mümkündü: "Dənizlinin gəlişi "Xəzər Lənkəran" üçün əlavə stimul olacaq. Bunun da köməyi ilə klub oyunlarına daha yaxşı köklənəcək və Avropa Liqasına vəsiqə qazanacaq. Amma hazırkı durumu elədi ki, "Xəzər Lənkəran"ın çempion olacağı inandırıcı görünmür".
 
Qeyd edək ki, Mustafa Dənizli yaxın günlərdə Azərbaycan klubu ilə rəsmi müqavilə bağlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər